Home » Music » Rəhimxan - Gecələr (2019)

Rəhimxan - Gecələr (2019)

Written By Rəhimxan on Friday, Nov 22, 2019 | 02:53 PM

 
"Gecələr" dijital platformalarda: Spotify: https://open.spotify.com/album/3K6SlSQ9ajrR6HESsuqmWE?si=neTzrSs9QTubjfjDc_IFbA Apple Music: https://music.apple.com/us/album/gec%C9%99l%C9%99r/1544836606?i=1544836612 Deezer: https://www.deezer.com/tr/album/221639822 Söz - Rəhimxan (Ömər) Rəhimxan Instagram https://www.instagram.com/raxhimkhan/ Studio - JanrPro Mix&Mastering - Ömər Rəhimxan Dizayn - Rəhimxan Beat (Musiqi) - Rashad Rc Beat Mp3 Yükləmə Linki https://dosya.co/tn1kz6249222/geceler.html Gecələr Mən səni sevmədim ki özgələrinə yar olasan, Nə qədər dərdi dərdə qatım batım mən gecələr, Oturub yadıma salıb keçmişi hərgün ölürəm, Görəsən yadına salıb ölürmü hərdən gecələr. Gecələr ahımı Allah bilir bir ulduzlar, Ağlayırdım gözlərimə dolurdu nəm gecələr, Sən məni tərk edəndə qar yağırdı gecə yarısı, Sən demə O səbəbdən qaçırdı məndən gecələr Bax yenə gözlərimdə yoxluğun hiss olunur, Sabahım açılmır hərgün çoxalır qəm gecələr, Gedəndə söylədinki əmanət ol qaranlığa, Torpağa dəfn edilsəm gələrmi mənnən gecələr, Mən səni Allahdan istəmişəm bəxş eləyib, Görəsən niyə aldı nəfəsi əlimdən gecələr, Hərkəs yığılar başına dərdinə şərik olur, Ən yaxşı tək başına ağla dərindən gecələr. Bilmirəm axırı necə olacaq, Mən sənin dərdini sevirəm artıq, Bəlkə də ürəyim gecə olacaq, Deyəsən səmaya gedirəm artıq. Gecənin dərdi rəngindən betər, Üstümə tökülür qaranlıq səma, Bilmirəm nə edim bax əlacsızam, Gecələr bir yana dərdin bir yana Tanrım dərgahına ucalar gec tez harayım Niyə hərgün sökülür qəlbimdəki eşq sarayım görəsən kimlərə qismət oldu o sevgi payım Birgün qismət olar məndə məhəbbət yaşayım Baxıram yollarımız ayrıdı bir birimizdən Axı eşq kəlməsi düşməzdi şirin dilimizdən Allahım bu nə dərdir çarəsizəm hər gecələr Ucalır sənə fəryadım içirəm hər gecələr Gülərkən hüsnü-camalında açıq yaz çiçəyi Mənsə ölümlərdən ölüm seçirəm hər gecələr Görürəm xoşbəxtsən əllərin yad əllərdən Mən isə yuxularda keçirəm önündən gecələr Anladım sən onunsa mənəm kimsəsiz bu gecə, Narahat olma mən ölürəm səssiz-səəsiz bu gecə Sən mənim dəyərlim idin, danış görək necəsən? Gecələr sevgilimdi yoxsa səndəmi gecəsən? Sevgilim bu gecə səni yad etdim Şeytanı rədd edib Allaha baxdım Unudub hərşeyi səni düşündüm Gözümdə yaş olub göylərə axdın Mən indi yalqızam gecələr kimi Buludlar ağlayır mənim dərdimə Yaşarkən ölməyə sahib olan mən Sahib ola bilmədim sənin qəlbinə De indi kimlərə canım deyirsən Qurban olum demə bax canım yanır Şəklinə sarılıb ağlayan kimi Gecələr belə məni ölürəm sanır Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur. [email protected] / https://www.bakucms.com #Rəhimxan #Azərbaycan