Home » Music » Rauf Heyderov - Gelir xeyalin her gece 2020

Rauf Heyderov - Gelir xeyalin her gece 2020

Written By Rauf Heydərov on Sunday, Aug 30, 2020 | 04:14 AM

 
Rauf Heydərov - Gəlir xəyalın hər gecə 2020 Söz: Vüqar Biləcəri Aranjman: Rauf Heydərov Recording: R.H.Studio Video editing: Rauf Heydərov http://instagram.com/raufheyderov 070-850-17-17 © 2020 R.H.Records Production. All rights reserved. Gəlir xəyalın hər gecə, nə yaxşı dindirir məni, Xəyal da olsa xoş gəlir, biraz sevindirir məni. İçimdə ney kimi nəva, gözümdə nəm, səsimdə qəm, Yazanda ayrılıq qəmin, əlimdə od tutur qələm, Çətindi ayrılıq yükü, çəkən bilir nədir bu qəm, Dizin-dizin, sürüm-sürüm, yıxıb süründürür məni. Kədərli yoldu hər biri üzümdəki qırışların, Gülüm qan etdi bağrımı tıkanlı davranışların, Üşütdü qəmli ruhumu soyuq-soyuq baxışların İçimdə həsrət atəşi yanıb isindirir məni. Əzizim, həsrətin mənə şirin gəlir vüsal kimi Düşür o günlərim yada nağıl kimi, xəyal kimi Sənin yolunda, sevgilim, ölüm şirindi bal kimi Əcəl məgər nə qüvvədir? Deyim çəkindirir məni. Bu çərxi-bərbad olmuşun yedik qəmin, cəfasını, Nə dadmadıq səfasını, nə görmədik vəfasını, Yaraşdırır fələk mənə bu yaşda qəm libasını, Nə yaxşı zövqü var bunun əcəb geyindirir məni.