Home » Travel & Events » Avropanın ən məşhur musiqi festivalı Tomorrowland 2014 Gəzəyənlərin gözü ilə.

Avropanın ən məşhur musiqi festivalı Tomorrowland 2014 Gəzəyənlərin gözü ilə.

Written By Gəzəyənlər on Saturday, May 09, 2020 | 10:01 AM

 
Ziya Magsud: TOMORROWLAND festivalı haqqında məlumat verəcəyimi yazmışdım. Heç bir səs/effekt əlavə etmədən 2014-cü ildə festivalın bizim üçün necə keçdiyi ilə bağlı çox sadə video hazırladım. Videoda çoxlu gic-gic qışqırmaqlar və tullanmaq mövcuddur. Video sonunda Like Mike ön sırada duranlara vodka içizdirir 😁 1. Bilet – Tomorrowland bilet satışı üçün əvvəlcə qeydiyyat olur Dekabr-Yanvar ayında. Fevralda satış başlayır və 2 saat ərzində biletlər tükənir. Dostunuzla 3-4 kompüterlə eyni zamanda girib almağa çalışmağınız şansınızı artırar. Biz belə almışdıq. Rəsmi saytdan satışlar bitdikdən sonra ViaGoGo (www.viagogo.com) saytından iki qat qiymətə tapmağınız mümkündür. Hər bilet şəxs adına məxsusdur, ikinci əl alış-satış yoxdur. Təkcə festivala bilet qiyməti 300 Euro-ya yaxındır, hər il yüngülvari dəyişir. 2. Yemək – Onsuz da Belçika bahalı ölkədir, istənilən festivalda qiymət iki qat artıq olur. Bir yemək minimum 5 Euro-dan başlayır ki, doymağınız çətin məsələdir. Onlar Azərbaycanlı porsiyasının nə olduğunu bilmirlər çünki :)) Hər yeməyə 10 Euro, gündə 4 dəfə! 3 yox, 4! Enerjiniz iPhonedakı kimi tez tükənir [popkornu götürüb iPhone vs Samsung qırğınına baxmağa başladı] 10 Euro X 4 dəfə X 5 gün = 200 Euro 3. İçki – Ən vacibi, yaşam mənbəyi, vitamininiz... Səhər yeməyinin yanında zor gedir. Su əvəzinə pivə və “”kokteyl” içirdik :)) Günlük 30-60 Euro. Nə qədər içəcəyiniz həyat təcrübənizdən, dostlarınızdan və müvəqqəti festival dostlarınızdan asılıdır. Deyək 40 Euro X 5 gün = 200 Euro 4. Təyyarə bileti – Belçikaya Wizzair vasitəsilə “çerez” Budapeşt, Kutaisidən isə bir neçə variant ilə bilərsiniz. Bakı-Budapeşt-Brüksel-Boom-Tomorrowland = 350-500 Euro 5. Qız tutmaq – ciddi soruşursan? Soyuq Əllər İsti Ürəylərə get sən. TOPLAM – 1200-1500 Euro arası xərclə festivala gedə bilərsiniz.