Home » People & Blogs » Məktəb direktorunun kitab yandırması məsələsinə RƏSMİ MÜNASİBƏT

Məktəb direktorunun kitab yandırması məsələsinə RƏSMİ MÜNASİBƏT

Written By Şəhid analarına yardım fondu on Saturday, Dec 28, 2019 | 10:47 AM

 
Ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb. Bununla bağlı Şəki şəhər Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib. Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.