Home » Music » Orkhan Zeynalli ft. Gulnar — Qorxma Özündən (Rəsmi Audio)

Orkhan Zeynalli ft. Gulnar — Qorxma Özündən (Rəsmi Audio)

Written By Orkhan Zeynalli on Monday, Apr 25, 2016 | 01:46 PM

 
Orkhan Zeynalli-nın Gulnar ilə birgə ifa etdiyi “Qorxma Özündən” treki artıq onlayndır. Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozeynalliyt Qrafika: Aliyar Mikayilov Foto: Ulviyya Mammadova Miksinq və masterinq: PRoMete Vokal: Gulnar Orkhan Zeynalli sosial şəbəkələrdə: Facebook: https://mikpro.az/ozeynallifb Instagram: https://mikpro.az/ozeynalliig Genius: https://mikpro.az/ozeynallign Orkhan Zeynalli rəqəmsal platformalarda: Keçid: https://mikpro.az/ozeynallidinle https://backl.ink/142629807 Sözlər: [Bənd 1] [Orkhan Zeynalli] Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!) Təhsil, karyera, uğur... həyatda bitmir pillələr (Heç vaxt!) Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir Valideynlər, doğmalar, qonşular və müəllimlər... Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!) Siqaret çəkən qardaşlar, içki içən atalar Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır Sən geciksən də, olmur gecikən qatarlar Gün çıxanda gizlən, yağışda çətir gəzdir Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq) Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx Susmağı bacar, lazım deyilsə demə sözün düzün Göstərmə əsl üzün, səmimilik pis cəhətdir İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə Ürəyin ağrımasın, kimisə görüncə dərdli Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə [Nəqərat] [Gulnar] Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inana? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inana? (De) Nəyə inanaq? [Bənd 2] [Orkhan Zeynalli] Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil Əsas sevgidir, nəinki kağızda qol çəkmək! Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq Sən demə, qayğını verirmiş dövlət borca Sən böyüdükcə səndən də tez böyüyür borclar Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol Sən demə keçir qəlblərdən yox, hava limanından Bir günə dönər inamından, səmadan hay-küy çıxsa Bizi öyrətməyiblər - nə edək dost nankor çıxsa? Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər Əsas atdığın addımlar və sabah atacağın Həyat kosmosdur, qərarlarımız teleskop Gələcək təyin edir hansı tərəfə baxacağını [Nəqərat] [Gulnar] Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inana? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inana? (De) Nəyə inanaq? Orkhan Zeynalli tərəfindən ifa olunan “Qorxma Özündən” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2020 Etiketlər: #OrkhanZeynalli #QorxmaÖzündən #mikpro