Fb - https://www.facebook.com/lyricsofokaber
Okaber - HəDiss Lyrics
Tarixlər pozar beyin, qələmim yazar, deyim,
Mən sanki Səttərxan, inqilabım uzaq deyil.
Dinləyir Quzey məni, dinləsin Güney,
Qara çovğunam, yenə həmin külək.
Mən Hemingway, səliqəsiz sətirlərim,
Elə bir parfümerəm ki, bahalıdır ətirlərim.
Yağışda çətirlərim mənim qat-qat,
Öz cəddim - Oğuz, vətənim - Qafqaz.
Mən Kafka, sadiqəm Milenama,
Gözüm tox, ruhum azadlıq dilənir amma.
Mən Vahid, 10 il boğsalar səsimi,
Həqiqətləri yazıb verəcəm nəfəsimi.
Mən Nəsimi, hər dövrüm qəddar,
_Kafir_ kimi tanıyıb dərimi soydular hətta,
Qoydular hətta məmləkətin adını _xaos_
Mən sanki Okaber, MadHouse.
Aləm fəryad qoparar dağılsa dünya,
Hamı bir də başdan desin:
_Ya Rəbb, bir də bağışla günahımızı_
Bir də tövbə və yenə günah. (x2)
Mən sanki Adolf Hitler, 4-cü reyxəm mən,
Kafirlər dəyişmir, gəlsə də Peyğəmbər.
Vursa da Müşkənbər, desə ki, _Şeyxəm mən_
Mahatma Qandi mistik görsənir seyidimdən.
Danışır hədisdən, pay alır hər diss-dən,
Qandinin başına and içir hələ də Hindistan.
Mən sanki Çingiz xan, dövrümdə yox İslam,
Tanrıya inanıram, əlbət, fərqliyəm buddistdən.
Yaranar Türküstan, canavar, qurd bizdən,
Üzümə vura bilməmisən, hələ ki, vur dizdən.
İyrəndim mən sizdən, yaltaq deyiləm mən,
Mən sanki Adolf Hitler, 4-cü reyxəm mən.
Ruhuma deyirəm mən _Bədənimə verdiyi işgəncə_
Dövrdə Qəmlo - mən, Əli Xəyyam - Kefli İsgəndər.
Yazılarım haqqında demişdi Nostradamus,
Mən Okaber, MadHouse.
Aləm fəryad qoparar dağılsa dünya,
Hamı bir də başdan desin:
_Ya Rəbb, Bir də bağışla günahımızı_
Bir də tövbə və yenə günah. (x2)
Okaber - HeDiss Lyrics
Okaber - HeDiss
Okaber - HəDiss Lyrics
Okaber - HəDiss