Home » People & Blogs » Gömük penis / gizli cinsiyyət orqanı / burried penis

Gömük penis / gizli cinsiyyət orqanı / burried penis

Written By Dr. Mezahir Muzefferov on Tuesday, May 30, 2023 | 04:00 PM

 
Gömük penis yaxud batıq penis, gizli cinsiyyət orqanı olan uşaqlar sünnət edilən zaman, cinsiyyət orqanı degloving olunaraq fiksasiya olunmalıdır. Belə ki, sünnət zamanı dəri xaric edildikdən sonra cinsiyyət orqanı daha kiçik ve belə deyək dəri icərisində gizlənmiş şəkildə olacaq və üstəlik bu patologiyada cərrah tərəfindən penis başı xaricdə qalması üçün normaldan daha artiq dəri kəsilmiş olacaq. Bu isə arzuolunmaz haldır. Burried penisi olan uşaqda artıq çəki varsa ilk öncə endokrinoloq/dietoloq nəzarəti və çəkinin korreksiyası vacibdir. Belə ki, gömük penis səbəblərindən biri məhz artıq çəkiyə bağlı qasıq bölgəsinin piyli olmasıdır. Digər səbəb isə penisi ətraf toxumalara fiksasiya edən bağ aparatının zəif olmasi, gevşək olmasıdır. Burried penis psixoloji və funksional problemlərə səbəb olduğundan cərrahi korreksiya tələb edir.