Abone OL: https://goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: https://goo.gl/NfKDu5
Facebook: https://goo.gl/XVhVzG
Bu gün Şəkiyə gələn qonaq bütün ölkənin gündəmini zəbt edib. Gecə saatlarında dağlardan enən ayı şəhərin mərkəzi küçələri ilə hərəkət edib. Şəhərdə gəzintiyə çıxan ayı təşviş və marağa səbəb olub. Gecə saat 4 radələrində şəhərə enən ayı böyük təşviş yaradıb. Onun şəhər mərkəzinə Yuxarı Baş tarixi Memarlıq qoruğu ərazisindən endiyi ehtimal olunur. Mütəxəssislərin fikrincə ayı şəhərə yem axtarmaq məqsədilə enib. Şəhərin mərkəzi küçələrində hərəkət edən ayı sakinlərin xeyli marağına səbəb olub. Şəhər mərkəzində ayı görməyə adət etməyən xeyli sayda insan karantin rejimi qaydalarını pozaraq ayıya tamaşa etmək, telefonla çəkmək məqsədilə şəhərə axışıb. Elə ilk dəqiqələrdən polis, ETSN və FHN-in əməkdaşları ayını izləyib və müşahidə altında saxlayıblar . Ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi ərazidə insanların ayıya yaxınlaşmaması üçün tədbirlər görülüb. Bakıdan ezam olunan mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Ayının yatızdırılması üçün iynə vurulub. Keyləşdirilən ayı Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib. Ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.