Home » News & Politics » Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE

Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE

Written By CNL tv on Tuesday, Oct 08, 2019 | 05:43 AM

 
Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE Bu gün Baş nazir Novruz Məmmədov istefasını Prezident İlham Əliyevə təqdim edib. Milli Məclisdə Əli Əsədov yeni Baş nazir kimi təsdiqlənib. Oxu.Az Azərbaycanın yeni Baş nazirinin dosyesini təqdim edir: Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-ci illərdə hərbi xidmətdə olub.