Home » Education » 1 Iyun Ushaq Bayrami (Xosbext Olsun Usaqlar Mahnisi)

1 Iyun Ushaq Bayrami (Xosbext Olsun Usaqlar Mahnisi)

Written By Ordan Burdan on Saturday, Jun 01, 2019 | 06:55 AM

 
Hər uşaq bir çiçəkdir Gülümsəyir günəşə. Hər ana körpəsiylə Xoşbəxt olur həmişə Dolsun gülüşləriylə Qoy yaxınlar, uzaqlar Dünyanın hər yerində Xoşbəxt olsun uşaqlar. Gələcəyə yol açan Ayaq izləri olsun. Hər evə işıq saçan Körpə gözləri olsun. Dolsun gülüşləriylə Qoy yaxınlar, uzaqlar Dünyanın hər yerində Xoşbəxt olsun uşaqlar Hər bağçada, hər bağda Nəğmələrin ucalsın. Boy atıb bu torpaqda Cavanlansın, qocalsın. Dolsun gülüşləriylə Qoy yaxınlar, uzaqlar Dünyanın hər yerində Xoşbəxt olsun uşaqlar. Mus: Emin Sabitoğlu Sözləri: Şəkər Aslan Ifa: Bənövşə Uşaq Xoru