Home » News & Politics » Göyçayda orta məktəbdə qalmaqal

Göyçayda orta məktəbdə qalmaqal

Written By Yeni Avaz TV on Wednesday, Nov 07, 2018 | 10:23 AM

 
Göyçayda orta məktəbdə qalmaqal - Direktor əvəzi: "Səlahiyyətlərimi zorla əlimdən lmaq istəyirlər" Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Kazımova Nüşabə Kazım qızı ona yaradılan süni maneələr, edilən təzyiq və haqsızlıqlarla bağlı Yeniavaz.com saytına müraciət edib. Səslədirdiyi ittihamları konkret faktlarla əsaslandırmağa çalışan Nüşabə Kazımova iddia edib ki, direktor əvəzi işləməsinə baxmayaraq, onun bu səlahiyyətləri özünü Göyçay Rayon İcra Hakimiyyəti başçısının qohumu kimi təqdim edən, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla ailəvi yaxınlıq münasibətləri olan Bəkirova Telli Surxay qızı tərəfindən mənimsənilib.