Home » People & Blogs » Ballı Tort Hazırlanması (Medovik Pasta, Rus Pastası Tarifi)

Ballı Tort Hazırlanması (Medovik Pasta, Rus Pastası Tarifi)

Written By Mənim Mətbəxim on Tuesday, Feb 20, 2018 | 04:26 AM

 
Hərkəsə SALAM! Bu gün sizlərlə Ballı tort reseptini paylaşmaq istədim. Möhtəşəm dadı və həddindən artıq yumşaq alınan bu resepti inanıram ki sizlər də yoxlayaraq bəyənərsiniz. Lazım olan ərzaqlar: 1 stəkan şəkər tozu 2 yumurta 100 qram kərə yağı 3 x/qaşığı bal 1 ç/qaşığı soda 3,5 stəkan un Kremini artıq sizlərlə paylaşmışam. Linkə daxil olaraq izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=CtsDoUi4scE&t=4s Şəkər tozu, yumurta, bal və kərə yağını qabda qarışdıraraq su hamamında həll edirik. Qazanda qoyduğumuz su qarışımımız olan qaba toxunmamalıdır. Yağ və şəkər tozu əridikdən sonra soanı da əlavə edərək qarışdırırıq. Hər şey bir-birinə yaxşıca qarışdıqdan sonra qarışımı buxardan alaraq soyumağa buraxırıq. Soyuduqdan sonra unu az-az əlavə edirik və ələ yapışan xəmir alınır. Xəmirimizi 7 hissəyə ayıraraq yayırıq, servis boşqabının köməyi ilə artıq hissələrini kəsirik və soba qabının arxa üzündə 200 dərəcədə üzəri qızaranadək bişiririk. Hamısını bişirdikdən sonra kəsdiyimiz hissələri yuxalardan ayıraraq ovuntu halına gətiririk. Yuxalarımızı kremləyib yığdıqdan sonra üzərini və kənarlarını ovuntu ilə örtürük, 1gün otaq temperaturunda saxlayırıq. 1gün sonra kəsdikdə biskvit tortu yumşaqlığında olur. Hazırlayacaq olanlara indiden NUŞ OLSUN! Kanalıma ABUNƏ olmağı və videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın! İzlədiyiniz üçün Təşəkkür edirəm!