Home » News & Politics » Aşıq Nadir Səmədovun ifasında bir neçə mahnı və bir saz havası

Aşıq Nadir Səmədovun ifasında bir neçə mahnı və bir saz havası

Written By პირველი არხი Georgian Public Broadcaster on Friday, Mar 03, 2017 | 08:23 AM

 
Aşıq Nadir Səmədov 1935-ci ildə Marneuli rayonundakı Mollaoğlu kəndində anadan olmuşdir. Uşaq yaşlarından saza meyilli olan Nadir Səmədov müstəqil formada sazı öyrənə bilmişdir. Iyirmi yaşlarına çatanda isə Borçalının azman aşığı Əmrah Gülməmmədovun yanına gedərək ondan sazın sirlərini öyrənməyə başlamışdır. Öz ifaçılıq sənəti ilə tanınan bu ustad aşıq ötən əsrin sonlarında dünyasını dəyişmişdir. Ötən əsrin 60-cı illərində Gürcüstan radiosu tərəfindən ifasında onun bir neçə mahnısı lentə alınmışdır. Bu lent yazıları Gürcüstan radiosunun Qızıl fondunda qorunub saxlanılır. İndi aşıqsevərlərin marağını nəzərə alaraq onun ifasında bir neçə mahnını və “Yanıq Kərəmi” saz havasını saytımıza yerləşdiririk. Hörmətlə: Mirzə Məmmədoğlu