Director, Director of Photography, Edideted by Fuad İsmayılov (www.fuadismayilov.com)
Ərəstun Nurəddin oğlu Cavadov 1948-ci ilin 20 oktyabrında Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyakən çalışqanlığı və elmə böyük maraq göstərməsi ilə seçilən Ərəstun Cavadovun həyat yolu Bakı Politexnik Texnikumundan keçir. 1963-cü ildə Texnikumun "tikinti texniki" fakültəsinə daxil olur və 1968-ci ildə müvəffəqiyyətlə bitirir. Amma gənc Ərəstunun təhsil uğurları bununla yekunlaşmır. Həmin il Moskva Kooperativ İnstitunun Bakı filialının əmtəəşünaslıq fakültəsinə imtahan verir və qəbul olur. Eyni vaxtda 1970-ci ilin aprel ayına qədər "Azərgeyimticarət" bazasında əmtəəşünas işləyir. Sonrakı 2 il ərzində vətənin keşiyində duran Ərəstun Cavadov 1976-cı ildə institutu bitirib yüksək ixtisaslı əmtəəşünas diplomunu alır.
Qayğıkeş millət vəkili eyni zamanda qayğıkeş bir ailə başçısıdır. Asudə vaxtlarını öz ailəsinə həsr eliyən Ərəstun bəyi bu həyata bağlıyan xüsusi insanlar var. Bu insanlar onun sadiq ailə üzvləridir. Uğurlarla bol bir ömür yaşamış Ərəstun bəy öz nəvələri üçün həm də qürur və fəxarət simvoludur. Nəvələriylə keçirdiyi vaxtın Ərəstun bəyi nə qədər xoşbəxt etdiyini təsəvvür etmək heç də çətin deyil.
Həyatın enişli-yoxuşlu yollarında böyük şərəflə addımlayan və həyata gəldiyi gündə ona həyat verən insanların əhatəsində olan Ərəstun Cavadov -- 65 yaşın mübarək.